send link to app

Azərbaycan mətbəxi app for iPhone and iPad


4.8 ( 8928 ratings )
Book Food & Drink
Developer: Elshan Siradjov
Free
Current version: 1.0, last update: 6 years ago
First release : 23 Jan 2017
App size: 71.29 Mb

"Azərbaycan mətbəxi" proqramı Azərbaycan aşbazlığı ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. Onun köməyi ilə siz həm özünüz ləzzətli Azərbaycan xörəklərini bişirə, həm də Bakı şəhərinin qonağı olduğunuz zaman bu xörəklərin dadına baxa biləcəyiniz restoranları ziyarət edə bilərsiniz. Bəzi restoranlar tarixi məkanlarda yerləşdiklərinə görə onlar səyahətçilərın təəssüratlarına xüsusi rəng qatacaq və qonaqlar Bakı şəhərinin tarixi, onun sakinlərinin məişəti və ənənələri ilə, füsunkar memarlıq abidələri ilə yaxından tanış olmaq fürsətini əldə etmiş olacaqlar.

"Azərbaycan mətbəxi" Bəhram Bağırzadənin 2011-ci ildə Bakıda çap olunmuş “Mənim sevimli xörəklərim” kitabı əsasında yaradılmışdır. Müəllif bu kitabında Azərbaycan xörəklərindən ən çox sevdiklərini öz oxucularının diqqətinə çatdırır. Kitabı oxuyarkən Bəhramın vətəni Azərbaycana, onun tarixinə və mədəniyyətinə, adət və ənənələrinə və eləcə də Azərbaycan mətbəxinin rəngarəngliyinə nə qədər məftun olduğunun şahidi olursan.

Müəllifin icazəini alaraq biz bu kitabın məzmununu indiyə qədər Azərbaycan təamları ilə tanışlığı olmayan, gözəl Bakı şəhərini ziyarət etməmiş və Bəhramın kitabında təsvir etdiyi xörəklərdən dadmamış insanların diqqətinə çatdırmaq qərarına gəldik.